top of page

Qanın ümumi analizi (Hemogram) – qanın əsas hüceyrə tərkibini və ümumi sağlamlıq vəziyyətini qiymətləndirən laborator müayinədır. Bu analiz vasitəsilə:

  • Eritrositlər (RBC) – oksigen daşıma qabiliyyəti

  • Hemoglobin (HGB) – qanazlığı (anemiya) göstəricisi

  • Leykositlər (WBC) – infeksiya və iltihab göstəricisi

  • Trombositlər (PLT) – qanın laxtalanma qabiliyyəti

  • Hematokrit (HCT) və digər indekslərqiymətləndirilir.

Qanın ümumi analizi infeksiya, iltihab, qanazlığı, allergik vəziyyətlər və bir çox digər xəstəliklərin ilkin diaqnostikasında geniş istifadə olunur. Müayinə üçün adətən venoz qan nümunəsi götürülür və nəticələr həkim tərəfindən klinik vəziyyətə uyğun şərh edilir.

 

EÇS (Eritrositlərin çökmə sürəti) – qanda eritrositlərin müəyyən müddət ərzində çökmə sürətini ölçən laborator göstəricidir. Bu analiz orqanizmdə iltihabi proseslərin olub-olmadığını qiymətləndirmək üçün istifadə olunur.

EÇS-in yüksəlməsi infeksiya, iltihab, autoimmun xəstəliklər və bəzi digər patoloji hallarla əlaqəli ola bilər. Aşağı göstəricilər isə nadir hallarda klinik əhəmiyyət daşıyır. Nəticələr digər analizlər və klinik əlamətlərlə birlikdə həkim tərəfindən dəyərləndirilir.

Qanın Ümumi Analizi (EÇS)

16,00 ₼Fiyat
Adet

    Nəsimi rayonu Həsənbəy  Zərdabi 78V Bakı/Azərbaycan

    +994124330929

    (055,070) 9440929

    +994704034040

    whatsapp icon.png

    +994704034040

    Göndərdiyiniz üçün təşəkkür edərik!

    ®©uzmanlar.az bütün haqlar qorunur™
    bottom of page