top of page

HAQQIMIZDA

Uzmanlar Tibb Mərkəzi – Sağlamlığınız Bizimlə Daha Güvəndə

Uzmanlar Tibb Mərkəzi, müasir tibbi yanaşma, təcrübəli mütəxəssis heyəti və pasiyent məmnuniyyətini əsas tutan xidmət fəlsəfəsi ilə fəaliyyət göstərir. Hər bir pasiyentə fərdi yanaşma, düzgün diaqnoz və effektiv müalicə bizim əsas prinsiplərimizdir.

Burada sağlamlığınızın müxtəlif istiqamətlər üzrə tam və peşəkar şəkildə qiymətləndirilməsi üçün laboratoriya və diaqnostika imkanları, eləcə də kliniki ixtisaslar yüksək səviyyədə təqdim olunur.

Xidmət Sahələrimiz

Kardiologiya

Ürək-damar sisteminin xəstəliklərinin diaqnostikası və müalicəsində mütəxəssislərimiz beynəlxalq protokollara uyğun fəaliyyət göstərir.

  • EKG

  • ExoKardioqrafiya

  • Tredmill

  • Stress Exo

  • Təzyiq və Ritim Holteri

  • Müasir terapevtik yanaşmalar

EECP – Dərmansız və Cərrahiyyəsiz Ürək Reabilitasiyası

Mərkəzimizdə tətbiq olunan EECP (External Enhanced Counterpulsation) müalicəsi ürəyin qan dövranını yaxşılaşdırır, döş qəfəsində ağrıları azaldır və fiziki gücü artırır. Bu, invaziv olmayan, təhlükəsiz və təsdiqlənmiş bir terapiyadır.

Endokrinologiya

Hormon sistemi, qalxanabənzər vəzi, şəkərli diabet və maddələr mübadiləsi xəstəliklərinin dəqiq diaqnostikası və uzunmüddətli nəzarəti.

Urologiya

Kişi və qadın uroloji problemlərinin müalicəsi, ultrasəs diaqnostika və müasir müalicə metodları ilə xidmətinizdəyik.

Nevrologiya

Sinir sistemi, baş ağrıları, yuxu pozğunluqları, osteoxondroz, nevralgiyalar və digər nevroloji xəstəliklərin müasir yanaşmalarla müalicəsi.

Qulaq-Burun-Boğaz (LOR)

Uşaqlarda və böyüklərdə LOR xəstəliklərinin müayinəsi və müalicəsi, endoskopik baxış və ambulator prosedurlar.

Laboratoriya Xidmətləri

Dəqiq nəticə – doğru diaqnozun əsas şərtidir.
Mərkəzimizdə analizlər yüksək standartlı cihazlarla və peşəkar laborator heyəti tərəfindən icra olunur.

Niyə Uzmanlar Tibb Mərkəzi?

  • Təcrübəli və vicdanlı həkim heyəti

  • Müasir və təhlükəsiz diaqnostik avadanlıqlar

  • Fərdi müalicə planı və pasiyent takibi

  • Rahat mühit və etik münasibət

Bizim üçün hər pasiyent — dəyərli və özəldir.

Sağlamlığınız üçün doğru ünvandasınız.

Uzmanlar Tibb Mərkəzi — Daha çox sağlamlıq, daha çox həyat keyfiyyəti.

Nəsimi rayonu Həsənbəy  Zərdabi 78V Bakı/Azərbaycan

+994124330929

(055,070) 9440929

+994704034040

whatsapp icon.png

+994704034040

Göndərdiyiniz üçün təşəkkür edərik!

®©uzmanlar.az bütün haqlar qorunur™
bottom of page