top of page
Yazarın fotoğrafıDr. Mehpare Mehdiyeva

BİR DAHA DİABET HAQQINDA

Güncelleme tarihi: 1 Nis



Bir Daha Diabet Haqqında
Diabet Haqqında

Yaşından və cəkisindən asılı olmayaraq  Şəkərli diabet tip 1 və  tip 2 hər yaşda rastlana bilər.

Şəkərli diabet  tip 1 – genetik autoimmun xəstəlikdi və daha çöx  uşaqlarda və gənclərdə   rast olunur  və     səbəbi   mədəalti vəzin  lazımi qədər insulin ifraz etməməsidi.

Şəkərli diabet  tip 2- daha cox risk faktorları üzərində,   piylənmə, artıq cəki, arterial hipertenziya, dislipidemiya fonunda yarana bilər  və səbəbi  ifraz olunan insulini orqanizmin lazımınca istifadə edə bilməməsidi.

İnsulin şəkəri  tənzimləyən hormondu.

Son zamanlarda uşaqlarda və gənclərdə Şəkərli diabet  tip 2 tez-tez rast olur. Bunun da səbəbi hipodinamiya fonunda yüngül mənimsənən karbohidratların və  qənnadı məmulatlarının  ifrat dərəcədə qəbulu, qida rejimində fastfudlara  üstünlük verilməsi və bunun da nəticəsi kimi uşaqlarda  piylənmənin geniş yayildığıni müşahidə edirik.

Şəkərli diabet haqqında  demək olar ki, deyilməyən söz qalmayıb. Lakin hec də deyilənlərin hamısı həqiqəti əks etdirmir.  Yalnış olan deyimlərin səbəbindən insanlar bu xəstəliyin ağırlığını qəbul edib müalicəsi ilə məşğul olmaq istəmirlər. Hər bir insanın sağlamlığı  onun özü  ücün maraqlı olmalıdır . Həkim ancaq köməkci ola bilər.

                                                                      Ən  Çox Verilən Suallar


  1.  Əgər xəstə dərman qəbul edirsə və yaxud insulin vurursa hər şey yeyə bilər? Cavablandırma: müalicənin növündən asılı olmayaraq yüngül mənimsənən karbohidratlar ( qənd, şəkər tozu, mürəbbələr, meyvə şirələri, şirin qazlı  içkilər, şirin meyvələr, quru meyvələr) istifadə edilməməlidir, çörək,   xəmir və qənnadı məmulatlarının  qəbulu məhdudlaşdirilmalıdır.

  2. Şəkərli diabet  ancaq artıq çəkili insanlarda olur? Cavablandırma: Şəkərli diabet  hər bir çəkidə olan insanlarda rast gəlir

  3. Şəkərli diabet  tip 2-də insulin vurmaq lazım deyil, çünki mədəaltı vəz insulin ifraz edir Cavablandırma: insulin ifrazı saxlanılıb, lakin aydın olmayan səbəblərdən toxumalar tərəfindən mənimsənmir, tədricən insulin ifrazı azalır  və  xəstənin həyat keyfiyyəti pisləşir. Bu zaman insulinterapiya yeganə müalicə növüdür..

  4. İnsulin asılılıq yaradır Cavablandırma: çox bir hallarda infarkt, insult, cərrahi əməliyyatlar zamanı müvəqqəti insulin təyin edilir, sonradan xəstələr yenidən peroral dərmanları davamlı qəbul edirlər

  5. Bəzi qida növləri şəkərin səviyyəsini  salır Cavablandırma: Heç bir qida şəkəri salmır.   Qlikemik indeksdən asılı olaraq qidalar ya şəkərə təsir etmir və yaxud cuzi artıra bilir

  6. Şəkərli diabeti olan qadınlar dünyaya uşaq gətirə bilməzlər  Cavablandırma: Diabeti olan qadınlar hamiləlikdən əvvəl şəkəri tam tənzimləyərək və sonradan ona mükəmməl nəzarət edərək  tam sağlam övladlara sahib ola bilərlər

  7. Şəkərli diabetıi tam müalicə etmək mümkündü Cavablandırma: Şəkərli diabet  autoimmun xroniki xəstəlik olduğu üçün tam müalicəsi mümkün deyil




31 görüntüleme0 yorum

Son Yazılar

Hepsini Gör

Comments


bottom of page