top of page
< Back

Qanın Qmumi Analizi (EÇS)

16 AZN

Qanın ümumi analizi (Hemogram) – qanın əsas hüceyrə tərkibini və ümumi sağlamlıq vəziyyətini qiymətləndirən laborator müayinədır. Bu analiz vasitəsilə:
Eritrositlər (RBC) – oksigen daşıma qabiliyyəti
Hemoglobin (HGB) – qanazlığı (anemiya) göstəricisi
Leykositlər (WBC) – infeksiya və iltihab göstəricisi
Trombositlər (PLT) – qanın laxtalanma qabiliyyəti
Hematokrit (HCT) və digər indekslər qiymətləndirilir.
Qanın ümumi analizi infeksiya, iltihab, qanazlığı, allergik vəziyyətlər və bir çox digər xəstəliklərin ilkin diaqnostikasında geniş istifadə olunur. Müayinə üçün adətən venoz qan nümunəsi götürülür və nəticələr həkim tərəfindən klinik vəziyyətə uyğun şərh edilir.

EÇS (Eritrositlərin çökmə sürəti) – qanda eritrositlərin müəyyən müddət ərzində çökmə sürətini ölçən laborator göstəricidir. Bu analiz orqanizmdə iltihabi proseslərin olub-olmadığını qiymətləndirmək üçün istifadə olunur.
EÇS-in yüksəlməsi infeksiya, iltihab, autoimmun xəstəliklər və bəzi digər patoloji hallarla əlaqəli ola bilər. Aşağı göstəricilər isə nadir hallarda klinik əhəmiyyət daşıyır. Nəticələr digər analizlər və klinik əlamətlərlə birlikdə həkim tərəfindən dəyərləndirilir.

Nəsimi rayonu Həsənbəy  Zərdabi 78V Bakı/Azərbaycan

+994124330929

(055,070) 9440929

+994704034040

whatsapp icon.png

+994704034040

Göndərdiyiniz üçün təşəkkür edərik!

®©uzmanlar.az bütün haqlar qorunur™
bottom of page