● Bakı, Azərbaycan · Poliklinika və laboratoriyaSuallarınız üçün: (+994 12) 433 09 29+994 50 715 40 40+994 70 403 40 40+994 70 944 09 29
← Bütün həkimlər
Dr. Ziya Şahalıyev

Dr. Ziya Şahalıyev

Ürək-damar cərrahı

Həkim qəbulu40 AZN

Dr. Ziya Şahalıyev — Ürək-damar cərrahı. Qəbul vaxtı barədə qeydiyyatla əlaqə saxlayın.

Randevu al

Təhsil, təkmilləşdirmə

  • 2014–2020 — Azərbaycan Tibb Universitetində Müalicə işi ixtisası üzrə ali tibb təhsili, Bakı, Azərbaycan.
  • 2020–2025 — Respublika Diaqnostika Mərkəzində Uşaq ürək-damar cərrahiyyəsi ixtisası üzrə rezidentura təhsili, Bakı, Azərbaycan.
  • İstanbul Okan Universiteti — Səhiyyənin idarə edilməsi ixtisası üzrə doktorantura (PhD) təhsili, İstanbul, Türkiyə (davam edir).

İştirak etdiyi treninq və seminarlar

  • 2018 — Azərbaycan Tibb Universiteti və PROAKTİV təşkilatının iştirakı ilə keçirilən “Milli Səhiyyə Forumu”, 16 iyun, Bakı, Azərbaycan.
  • 2019 — “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı elmi konfrans, 15 iyun, Bakı, Azərbaycan. 8 tədris krediti.
  • 2020 — “Müasir pediatriya və uşaq cərrahiyyəsinin çağırışları” mövzusunda beynəlxalq elmi-praktik konfrans, 3 mart, Almatı, Qazaxıstan.
  • 2022 — Azərbaycan Kardiologiya Cəmiyyəti və Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən “A-dan Z-yə Aorta” konfransı, 2 aprel, Bakı, Azərbaycan.
  • 2022 — “Müasir pediatriya və uşaq cərrahiyyəsinin çağırışları” mövzusunda beynəlxalq elmi-praktik konfrans, 22 aprel, Almatı, Qazaxıstan.
  • 2023 — Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən “Bakı Ürək Günləri” VIII Beynəlxalq Konqresi, Bakı, Azərbaycan. 30 DTT krediti.
  • 2024 — Avropa Ürək-Damar və Endovaskulyar Cərrahiyyə Cəmiyyətinin (ESCVS) 72-ci Beynəlxalq Konqresi, 25–28 may, İstanbul, Türkiyə. Avropa Davamlı Tibbi Təhsil Akkreditasiya Şurası (EACCME) tərəfindən 21 ECMEC krediti.
  • 2024 — International Coronary Congress (ICC 2024), 12–15 dekabr, London, Böyük Britaniya. Koronar cərrahiyyə üzrə beynəlxalq konqresdə elmi tezis və poster təqdimatlarının müəllifi və həmmüəllifi.
  • 2025 — Medtronic Training Academy tərəfindən təşkil edilən “EVAR Essentials” təlim proqramı, 11 yanvar, Bakı, Azərbaycan. Endovaskulyar aorta anevrizması təmiri üzrə təlim.
  • 2025 — Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən I Gənc Kardioloqlar Forumu, 12 aprel, Bakı, Azərbaycan. 10 DTT krediti.

Təcrübə və bacarıqlar

  • 2020–2025 — Respublika Diaqnostika Mərkəzinin Ürək-damar Cərrahiyyəsi şöbəsində rezident həkim kimi fəaliyyət göstərmişdir.
  • 2025-ci ilin dekabr ayından bu günədək — Respublika Diaqnostika Mərkəzində ürək-damar cərrahı vəzifəsində çalışır.
  • Ürəyin işemik xəstəliklərinin, ürək qapağı patologiyalarının, anadangəlmə ürək qüsurlarının, infeksion endokarditin və periferik damar xəstəliklərinin cərrahi müalicəsində təcrübəyə malikdir.
  • Ürək cərrahiyyəsi əməliyyatlarından əvvəl və sonra xəstələrin idarə olunması, intensiv terapiya, hemodinamik monitorinq, mexaniki qan dövranı dəstəyi və əməliyyatsonrası ağırlaşmaların müalicəsi sahəsində praktiki təcrübəyə malikdir.
  • Beynəlxalq JCI akkreditasiyasına malik Respublika Diaqnostika Mərkəzində klinik keyfiyyət və pasiyent təhlükəsizliyi standartlarının tətbiqi proseslərində iştirak etmişdir.

Elmi fəaliyyəti və dərc olunan nəşrlər

Ürək-damar cərrahiyyəsi, miokardın işemiya-reperfuziya zədələnməsi, infeksion endokardit, koronar cərrahiyyə və mürəkkəb klinik halların cərrahi müalicəsi üzrə elmi məqalələrin, tezislərin və klinik hadisə təqdimatlarının müəllifi və həmmüəllifidir.

2026 — Early Mitral Valve Replacement in Infective Endocarditis Complicated by Ischemic Stroke with Hemorrhagic Transformation: A Case Report

The International Journal of Frontier Sciences

2025 — Effect of Cilostazol on Myocardial Histomorphological Changes in Ischemia-Reperfusion Injury

Journal of Clinical Medicine of Kazakhstan

2025 — Miokardın işemiya-reperfuziya zədələnməsində silostazolun lipid peroksidləşməsinə təsirinin tədqiqi

Azerbaijan Journal of Cardiovascular Surgery

2023 — Ürəkdaxili yad cisimlərin klinik və cərrahi aspektlərinə dair elmi məqalə

Journal of Clinical Medicine of Kazakhstan

2022 — Native Valve Endocarditis of Aortic and Mitral Valve Involving Left Coronary Artery Ostium and Interventricular Septum: Medical and Surgical Therapy

Azerbaijan Journal of Cardiovascular Surgery

2022 — Okulofaringeal əzələ distrofiyası olan xəstədə qulaqcıqlararası çəpər defektinin cərrahi korreksiyasına dair elmi iş

ORCID · 0000-0002-0847-8004

Beynəlxalq konfranslarda təqdim olunan elmi tezislər və posterlər

2024 — Avropa Ürək-Damar və Endovaskulyar Cərrahiyyə Cəmiyyətinin (ESCVS) 72-ci Beynəlxalq Konqresi, İstanbul, Türkiyə, 25–28 may.

Konqresdə ürək-damar cərrahiyyəsi sahəsində elmi tezislə çıxış etmişdir.

2024 — International Coronary Congress (ICC 2024), London, Böyük Britaniya, 12–15 dekabr.

Konqresdə aşağıdakı elmi işlərin müəllifi və həmmüəllifi olmuşdur:

  • PC12 — Management of a Severe Patient Undergoing Coronary Artery Bypass Grafting and Triple Valve Surgery With Open Chest. Elektron poster təqdimatı, birinci müəllif.
  • PC59 — The Effect of Cilostazol on the Activity of Free Radical Lipid Oxidation Processes in a Rat Model of Ischemia-Reperfusion Injury. Elektron poster təqdimatı, həmmüəllif.
  • RF18 — The Role of Cilostazol in Regulating Changes in Nitric Oxide (NO) Metabolism During Myocardial Ischemia Reperfusion (IR) Injury. Elmi tezis, həmmüəllif.

Sertifikatları və peşəkar üzvlüyü

  • 2024 — European Accreditation Council for Continuing Medical Education (EACCME), ESCVS 72-ci Beynəlxalq Konqresi üzrə 21 ECMEC krediti.
  • 2023 — “Bakı Ürək Günləri” VIII Beynəlxalq Konqresi, 30 DTT krediti.
  • 2025 — I Gənc Kardioloqlar Forumu, 10 DTT krediti.
  • 2019 — “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” elmi konfransı, 8 tədris krediti.
  • IELTS — İngilis dili üzrə C1 səviyyəsi.
  • TÖMER — Türk dili üzrə C1 səviyyəsi.
  • 2021-ci ildən bu günədək — Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin üzvü.

İcra etdiyi əməliyyatlar

  • Aortokoronar şuntlama (CABG) əməliyyatı;
  • Ürək qapağı əməliyyatları;
  • Anadangəlmə ürək qüsurlarının cərrahi üsulla korreksiyası;
  • Perikard xəstəliklərinin cərrahi müalicəsi;
  • Periferik arteriyalarda trombektomiya və rekonstruktiv damar əməliyyatları;
  • Periferik venaların cərrahi müalicəsi;